Biləcəri dairəsindəki avtobus zolağı sürücüləri çaş-baş salıb: Bilmədən CƏRİMƏ OLUNURLAR - VİDEO

Xəbərlər 27 Sentyabr 2024 13:13 Oxunub 98
Biləcəri dairəsindəki avtobus zolağı sürücüləri çaş-baş salıb: Bilmədən CƏRİMƏ OLUNURLAR  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Biləcəri dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə qalxan yolda çəkilən avtobus zolağı sürücülərin ciddi narazılığına səbəb olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə sürücülər bu zolağın onların görünüş dairəsində olmadığını və kəsişən küçədən zolağa girən avtomobillərin cərimələnməli olduğunu bildirirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən cavab olaraq bildirilib ki, Biləcəri dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi və əks istiqamətdə avtobus zolaqları bir neçə il əvvəl təşkil olunub.

"Sürücülərin məlumatlandırılması üçün avtobus zolağının başlanğıcında 5.9 "Marşrut nəqliyyat vasitələri üçün zolaq" və 7.5.4 qüvvədə olma vaxtı yol nişanları quraşdırılıb", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Bakı şəhərində yeni avtobus zolaqları şəbəkəsinin tətbiqi çərçivəsində AYNA tərəfindən 26 küçə və prospektdə uzunluğu 77 km-dən çox olan xüsusi hərəkət zolağı təşkil edilib.

Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək. Növbəti mərhələdə 106 kilometrlik avtobus zolağı şəbəkəsinin təşkil edilməsi də nəzərdə tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh