Biləcəridə meşə məhv olur, 8 aydır tədbir görən yoxdur... - VİDEO

Biləcəri qəsəbəsi Xurşidbanu Natavan küçəsində yerləşən ərazidəki meşə məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Avtosfer.az AzTV-yə istinadən xəbər verir ki, 8 ay öncə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən əraziyə baxış keçirilib.
Nəticədə ağaclarda xəstəlik səbəbindən çürümə olduğu müəyyən olunub. Müvafiq qurumlara ağacların yenisi ilə əvəzlənməsi barədə xəbərdarlıq edilib. Lakin 8 ay keçməsinə baxmayaraq ərazidə heç bir dəyişiklik yoxdur.
Ekoloq Ənvər Əliyev deyib ki, həm ağaclar yaxşı qidalanmır, həm də zərərvericilər onlara ciddi ziyan vurur. O qeyd edib ki, qurumuş ağaclar təcili şəkildə ərazidən çıxarılmalıdır.
Problemin həlli istiqamətində cavabdeh qurumlardan olan Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən zənglərə cavab verilməyib.
Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə bildirilib ki, sözügedən ərazidə xəstəlik nəticəsində qurumuş ağaclar son günlərdə müşahidə edilən güclü külək nəticəsində aşıb. Qısa müddətdə Birliyin əməkdaşları tərəfindən ərazidən götürüləcək.
Ətraflı videomaterialda:
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










