Biləcəridəki yolda sürücülər üçün TƏHLÜKƏLİ VƏZİYYƏT - VİDEO

Bakı-Sumqayıt yolunda sıxlıq yaranan zaman sürücülər alternativ yol kimi Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi ilə hərəkət etməyə üstünlük verirlər. Amma həmin küçədəki yolayrıcında nizamlanma nişanlarının olmaması təhlükə yaradır.
Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, avtomobillərin bu yolda sürətlə hərəkət etməsi qəsəbədən çıxan maşınlarla toqquşma riski yaradır. Odur ki, ərazidə tez-tez qəzalar baş verir.
Hər gün burada sürücülərin bir-birinə yol verməməsi, qəfil manevrlər etməsi adi hala çevrilib.
Sürücülər hesab edirlər ki, burada işıqforun quraşdırılması, yol nişanlarının əlavə edilməsi və sürət həddinin məhdudlaşdırılması qəzaların qarşısını ala bilər.
Sürücülər onu da qeyd edirlər ki, son dövrlər bu kəsişmədə bir neçə yol-nəqliyyat hadisəsi baş verib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 2025-2030-cu illər ərzində Dövlət proqramında Bakı-Sumqayıt yolunda hərəkətin təşkili ilə bağlı təkliflər hazırlanması və icrası nəzərdə tutulub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) isə bildirilib ki, ərazidə təhlillər aparılacaq. Təhlillərin nəticəsinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək.
Ətraflı süjetdə:
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










