Banner

Biləsuvarın mərkəzi yolları bərbad vəziyyətə salınıb - VİDEO

Xəbərlər 24 Mart 2022 22:00 Oxunub 1384
Biləsuvarın mərkəzi yolları bərbad vəziyyətə salınıb  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Biləsuvar şəhərinin mərkəzi küçələri sürücüləri təngə gətirib.

Avtosfer.az-ın məlumatına görə, yollarda olan çalalar, on metrdən bir qazılmış xəndəklər avomobillərin hərəkətinə mane olur. Sürücülərin sözlərinə görə, kanalizasiya sistemini yeniləmək məqsədilə yollar qazılıb. İşlər bir neçə ay əvvəl başa çatsa da, yollar asfaltlanmayıb. Şəhərin Nizami Gəncəvi və Mübariz İbrahimov küçələrində də vəziyyət eynidir. İnsanlar deyirlər ki, uzun müddətdir yararsız vəziyyətə düşmüş yollarda istifadə etmək məcburiyyətindədirlər. ''Azərsu'' ASC-nin mətbuat katibi Anar Cəbrayıllı vəd edib ki, yağmurlu hava şəraiti  başa çatan kimi yolların asfaltlanmasına start veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh