“Binamızın girişi maşınlarla bağlanıb” - VİDEO

“Binamızın girişi avtomobillərlə bağlanıb. Sakinlər, xüsusilə uşaq arabası ilə içəri daxil ola bilmirlər. Həmçinin binanın yanğın təhlükəsizliyi tələblərə cavab vermir”.
Bu iddia ilə qafqazinfo-ya Bakının Xətai rayonu Xudu Məmmədov küçəsi 43C ünvanında yerləşən “Şərur MTK”ya məxsus yaşayış binasının bir qrup sakini müraciət edib.
Onların sözlərinə görə, dəfələrlə problemlərlə bağlı müraciət etsələr də, aradan qaldırılmayıb: “Bütün blokların qabağı bağlıdır, camata hərəkət edə bilmir. Həmçinin binada yanğın təhlükəsizliyi qorunmur. Əgər yanğın olsa, onun üçün nəzərdə tutulmuş kranlarda su yoxdur. Yanğınsöndürmə şitləri boşdur. Dəfələrlə müraciət etsək də, əncam çəkən yoxdur”.
Yaranmış problemlə bağlı “Şərur MTK”nın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova ilə əlaqə saxladıq. O, yanğın təhlükəsizliyi sisteminin yaxşılaşdırılması məqsədilə iş aparıldığını dedi: “Həmin ünvanda təhlükəsizlik sisteminin daha da keyfiyyətli olması məqsədilə bir sıra işlər gedir. Podratçı şirkət tərəfindən şlanklar götürülüb yenisi ilə əvəz olunacaq. Artıq yenisi alınıb, binanın zirzəmisindədir, gedib baxa da bilərlər. Oğurluq hallarının qarşısının alınması üçün müvafiq tədbirlər görülür ki, bura da domofonlar da daxildir. Çox qısa müddətdə işlər yekunlaşdırılıb öz həllini tapacaq”.
Maşınların giriş-çıxış yolunu bağlaması haqda suala isə mətbuat katibi belə cavab verib: “Qaldı ki, həyətdə maşınların olmasına, insanlar yaşadığı binanın qarşısında maşın saxlamaq ixtiyarında deyil? MTK gedib sakinlərin maşınlarını həyətdən çıxaracaq? Bu sakinin özü yəqin maşınsızdır. Sual vermək istəyirəm, hansısa bir yerə qonaq gedəndə maşını harada saxlamalıyıq? Və ya evimizə gəlirik, maşını başqa bir ərazidə saxlamalıyıq ki?!”
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO











