Binədə maraqlı mənzərə: Sakinlərin keçməkdə çətinlik çəkdiyi yolda qazlar üzür - VİDEO

Bu küçədə qazlar,sakinlərdən rahat gəzir. Paytaxtın Binə qəsəbəsində aylardır küçədə yığılıb qalan su məktəbə gedən şagirdlərin işini xeyli çətinləşdirir.. Görüntüləri sujetimizdə izləyəcəksiniz. Məsələyə aidiyyatı qurumlar da münasibət açıqlayıb..
Sakinlərin keçməkdə çətinlik çəkdiyi yolda, qazlar üzür.
Avtomobillərin belə çətinliklə hərəkət etdiyi bu yol, Paytaxtın Xəzər rayonu binə qəsəbəsi, məmmədyarov küçəsindən keçir.
Sakinlər iddia edirlər ki,problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də heç bir nəticəsi olmayıb.Yağış suları ərazidə o qədər artıb ki, yoldan çıxaraq yaxınlıqdakı evlərə dolur. Bunun nəticəsində evlərin döşəməsi yararsız hala düşür.
Məsələ ilə bağlı Xəzər rayon icra hakimiyyətindən bildirildi ki, o suların çəkilməsi üçün xüsusi yerlər qazılıb, setkalar qoyulmalıdır. O da kifayət qədər çox pul tələb edir. Nə vaxta qədər orada yağış sularının axıdılması üçün drenajlar yoxdur o ərazi elə suyun içində qalacaq. Bu işə isə bizim öhdəliyimizdə deyil. Azərsu açıq səhmdar cəmiyyətindən isə bildirildi ki,sözügedən ərazidə Azərsuyun heç bir infrastrukturu mövcud deyil.
Binə Bələdiyyəsindən isə şifahi olaraq bildirildi ki, yaxın günlərdə öz hesablarına ərazidəki problemi həll edəcəklər.
Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
Azərbaycanla bu ölkə sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırılıb - RƏSMİ
Bir milyardlıq maliyyə pozuntusu iddiası: Saleh Məmmədovla bağlı ciddi ittihamlar
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB










