Binənin keçilməz küçələri: "Fikirləşirik ki, gəmi alıb gedək" - VİDEO

Xəzər rayonu, Binə qəsəbəsi, Samir Şükürov küçəsində yağış suları yolu gölə çevirib. Sakinlərin sözlərinə görə, illərdir ərazidə kanalizasiya sistemi mövcud deyil.
Aidiyyəti qurumların məsələyə biganə yanaşdığını bildirən sakinlər yolu keçmək üçün yol kənarına daşlar düzərək çətinliklə hərəkətlər edirlər.
"Bütün aidiyyəti qurumlara müraciət etmişik. Maraqlıdır ki, bu qurumlar niyə buranı düzəltmirlər? Uşaqlar hər gün bu yolla məktəbə gedib-gəlirlər. Biz də fikirləşirik ki, gəmi alıb gedək", - deyə sakin şikayətini dilə gətirib.
Başqa bir sakin isə vəziyyətin yaratdığı çətinlikləri belə izah edib:
"Axşam olan kimi qurbağalar, ilbizlər evin içinə girir. Süpürgə ilə birtəhər çıxarıram. Onların əlindən gecə yata bilmirəm, xəstə adamam".
Ətraflı Baku TV-nin süjetində:
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq











