Binəqədi və Nərimanov rayonlarının bəzi hissələrində İŞIQ SÖNƏCƏK

Binəqədi və Nərimanov rayonlarının bəzi hissələrində təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Məlumatda qeyd edilir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Binəqədi və Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində 26 avqust tarixində təmir-bərpa işləri həyata keçiriləcək:
"Bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək və saat 14:00-dan 15:00-dək Binəqədidə 4 və 5-ci mikrorayonlarda, Mir Cəlal, 20 Yanvar küçələrində, Nərimanovda Xan Şuşinski küçəsi, Ziya Bünyadov küçəsinin bir hissəsi, "Xutor" yaşayış massivinin bəzi yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq".
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











