Bir güllə belə atmadan 1500 ermənini zərərsizləşdirən “Hadrut fatehi” - VİDEO

36 illik ömrünün yarısını Vətənə xidmətə həsr edən, Vətən müharibəsi qəhrəmanı, “Hadrut fatehi” Camal İsmayılov 1984-cü ildə Neftçalada dünyaya gəlib.
2002-ci ildə hərbi xidmətdə olarkən komandanlığın diqqətini çəkən Camal daha sonra hərbçi olmağa qərar verib.
O, Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi fəaliyyətə başlayır. Camal rus, ingilis və erməni dillərini mükəmməl bilir. Aprel döyüşlərində isə qəhrəmanlığı ilə fərqlənib.
Vətən müharibəsinin başlaması zamanı Camal İsmayılovun ilk cümləsi belə olur: “Bu dəfə torpaqlarımızı mütləq geri qaytaracağıq”.
II Qarabağ müharibəsi iştirakçısı Camal İsmayılov Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut və Ərgünəş yüksəkliyinin, həmçinin Laçın dəhlizinə nəzarəti təmin edən yüksəkliyin alınmasında xüsusi fədakarlıq göstərir. O, Füzuli uğrunda gedən döyüşlərdə yaralı yoldaşına kömək etmək istəyərkən yaralanır. Yaralandığını isə ailəsindən gizlədən Camal sağaldıqdan sonra yenidən döyüşə yollanır.
Rabitə sahəsində mütəxəssis olan hərbçimiz ermənilərin rabitə sisteminə qoşulur. Hadrutu müdafiə edən 1500 nəfərlik erməni briqadasına erməni dilində əmr verir ki, geri çəkilin. Beləcə bir güllə belə atmadan 1500 nəfərlik ermənini zərərsizləşdirir.
Camal İsmayılov oktyabrın 21-i şəhidlik zirvəsinə ucalıb.
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq










