Bir uzunqulağa görə sosial yardımdan məhrum oldu - Tərtərdə LƏTİFƏ KİMİ HADİSƏ

Tərtər rayonu Bəyimsarov kənd sakini İntiqam Bəhramov iddia edir ki, onun bir uzunqulağı olduğuna görə ƏƏSMN ona ünvanlı sosial yardım verməkdən imtina edib.
Düşdüyü vəziyyətlə bağlı fikirlərini Bizim.Media ilə bölüşən İntiqam Bəhramov əvvəllər ünvanlı sosial yardım aldığını deyir:
"Bir axsaq uzunqulağa görə mənə ünvanlı sosial yardım vermədilər. Gəldilər, yaşayışımıza baxdılar. Həyətdə bir uzunqulaq gördülər. Ona görə mənə yardım verməkdən imtina etdilər. Guya bu uzunqulaqla mən pul qazanıram. İnandığımız haqqı 8 il qabaq canavar o uzunqulağın bir qılçasını parçalayıb. İndi o da bir işə yaramır. Amma belə başa düşdüm ki, bu şikəst uzunqulaq mənim işimə yaramasa da nazirliyin işinə yarayıb".
Məsələ ilə bağlı ƏƏSMN ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, hazırda hansısa rəy bildirmək doğru olmazdı.
Öncəliklə İntiqam Bəhramova ünvanlı sosial yardımın nə səbəbə verilmədiyi bir daha tərəfimizdən araşdırılacaq. Şikayətçiyə və sizə ətraflı məlumat veriləcək.
Mövzunu gündəmdə saxlayırıq. (milli.az)
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ











