Birinci Qarabağ müharibəsinin şəhidi Elməddin Abbasov Sumqayıtda dəfn olundu - FOTO - VİDEO - YENİLƏNİB

Xəbərlər 23 May 2024 14:20 Oxunub 276
Birinci Qarabağ müharibəsinin şəhidi Elməddin Abbasov Sumqayıtda dəfn olundu - FOTO - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Birinci Qarabağ döyüşlərində şəhid olmuş, 30 ildən sonra nəşinin qalıqları tapılan Elməddin Şirxan oğlu Abbasov Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Avtosfer.az xəbər verir ki, Azərbaycan Dövlət Himni səsləndirilib və yaylım atəşi açılıb.

Dəfndə şəhidin ailə üzvləri ilə yanaşı, Cəbrayıl Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyin nümayəndələri iştirak ediblər.

***

11:08

Birinci Qarabağ müharibəsində şəhid olmuş, 30 ildən sonra nəşinin qalıqları tapılan Elməddin Şirxan oğlu Abbasovla vida mərasimi keçirilir.

Avtosfer.az xəbər verir ki, şəhidin nəşinin qalıqları bu gün ailəsinə təhvil verilib.

Qeyd edək ki, vida mərasimindən sonra şəhid Elməddin Şirxan oğlu Abbasov Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

(oxu.az)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh