Banner

Bölgələrdə “2 İyul-Azərbaycan Polisi Günü” qeyd edilib - FOTO

Xəbərlər 2 İyul 2023 16:10 Oxunub 706
Bölgələrdə “2 İyul-Azərbaycan Polisi Günü” qeyd edilib  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bölgələrdə “2 İyul-Azərbaycan Polisi Günü” ilə bağlı tədbirlər keçirilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Qəbələ, Ağdaş, Göyçay, Zaqatala rayonları və Mingəçevir şəhərində Azərbaycan polisinin yaranmasının 105 illiyi ilə bağlı tədbirlər keçirilib. Tədbirlərdə polis şöbələrinin şəxsi heyəti, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları  və polis veteranları iştirak ediblər.  

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin məzarları ziyarət olunub,  önünə gül dəstələri düzülüb.

Daha sonra tədbirlərdə çıxış edənlər Azərbaycan Polisinin keçdiyi 105 illik şərəfli yoldan, ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin vətəndaşların hüquq və azadlıqlarının qorunmasındakı əvəzsiz rolundan danışıblar. 

Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və mükafatlar, eləcə də veteranlara müxtəlif hədiyyələr təqdim edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh