Borca görə əmisi oğlunu döyüb “Land Cruiser”lə vurdu - İmişlidə qanlı olay
Xəbərlər
10 Fevral 2021 14:09

İmişli rayonunda 27 yaşlı oğlan ona borclu olan əmisi oğlunu döyüb, sonra da maşınla qəsdən vurub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə fevralın 9-u səhər saat 11 radələrində baş verib. Rayonun Aranlı kəndində yaşayan 1994-cü il təvəllüdlü Vəliyev Ceyhun Yunus oğlu işlədiyi “Bəyaz” marketin qarşısında ona borclu olan əmisi oğlu, 1991-ci il təvəllüdlü İsa Vəliyevi döyüb.
Bundan əsəbləşən İ.Vəliyev onu söhbət etmək üçün otlaq sahəsinə çağırıb. C.Vəliyev idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobillə həmin əraziyə gedərək orada maşınla İsa Vəliyevi qəsdən vuraraq xəsarət yetirib.
Faktla bağlı İmişli rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vermə) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisəni törətdiyi bildirilən Ceyhun Vəliyev tutulub.
Oxunub : 1312
DİGƏR XƏBƏRLƏR
4 Mart 2026 15:56
Prezidentdən hava daşımaları ilə bağlı FƏRMAN
3 Mart 2026 15:36
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
2 Mart 2026 17:36
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
2 Mart 2026 14:00
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
2 Mart 2026 13:30
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
28 Fevral 2026 09:28
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
25 Fevral 2026 16:00
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
25 Fevral 2026 14:36
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
24 Fevral 2026 16:41
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
24 Fevral 2026 15:18
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
24 Fevral 2026 14:18
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
24 Fevral 2026 13:53
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
ŞƏRH YAZ










