Banner

"British Airways" 10 mindən çox reysi LƏĞV EDİB

Xəbərlər 7 İyul 2022 22:29 Oxunub 1092
"British Airways" 10 mindən çox reysi LƏĞV EDİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Böyük Britaniyanın "British Airways" aviaşirkəti işçi çatışmazlığı ilə əlaqədar avqust-oktyabr aylarına nəzərdən tutulan 10 300 reysi ləğv etmək qərarı verib.

Avtosfer.az xəbər verir ki,  bu barədə Britaniya mətbuatı yazır.

Qeyd olunur ki, şirkətin işçi çatışmazlığı biletlərə artan kəskin tələbat fonunda bir sıra ciddi problemlərə yol açıb. Reyslərin ləğvi Londonun Hitrou, Qatvik və Siti hava limanlarını əhatə edəcək.

Ümumilikdə post-pandemiya bərpa dövründə bu ilin aprelindən oktyabr ayınadək "British Airways" 30 minə yaxın reysi ləğv edib. (Trend)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh