BŞİH-dən "8 Noyabr" prospekti ilə bağlı açıqlama - FOTO
Xəbərlər
14 Aprel 2021 11:45
Oxunub 1040
Paytaxtın Xətai rayonunda yerləşən “Nobel” prospektinin və “Zığ şossesi”nin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin adı dəyişdirilərək “8 Noyabr” prospekti adlandırılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən Avtosfer.az-a verilən məlumata görə, yəqin ki, “Hərbi Qənimətlər parkı”nın yerləşdiyi bu prospektdə gələcəkdə “Zəfər” muzeyinin yaradılması məqsədəuyğun olacaq:
"Qeyd edilməlidir ki, bu prospektdə son illərdə geniş abadlıq-yenidənqurma işləri aparılaraq əhəmiyyətli dərəcədə dəyişikliklər edilib. Zığ sossesinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin də bu prospektə qatılması ilə onun uzunluğu 10 km-ə yaxın uzanıb və bununla da prospekt Bakı şəhərinin ən böyük prospektlərindən birinə çevrilib".
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR