Banner

BŞİH: "Yağışın fəsadları aradan qaldırılır"

Xəbərlər 28 Sentyabr 2021 18:35 Oxunub 1068
BŞİH:  "Yağışın fəsadları aradan qaldırılır"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Bu gün səhər saatlarından Bakı şəhərinin bəzi ərazilərində qısamüddətli intensiv yağış yağıb. Bununla əlaqədar bəzi küçə və prospektlərdə su basma halları baş vermiş, gölməçələr yaranıb.Yağışın fəsadları Azərsu ASC və şəhərin kommunal təsərrüfatı xidməti əməkdaşları tərəfindən aradan qaldırılır".

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, şəhərin kanalizasiya şəbəkəsi "Azərsu" ASC-nin balansında olduğundan qurumun mütəxəssisləri bu işlərə cəlb edilib: "Şəhərin kommunal xidmətləri tərəfindən birgə əlaqələndirmə, məlumatlandırma və digər zəruri tədbirlər görülür. Eyni zamanda qeyd olunmalıdır ki, intensiv yagış zamanı digər ölkələrdə də oxşar hallar müşahidə olunur".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh