"Bu, Bakıda "Rus Evi"nin bağlanmasına səbəb olub" - Rusiya XİN

Rusiya bir sıra qüvvələrin Moskva ilə Bakı arasında münasibətlərdə parçalanma yaratmağa yönəlmiş fəal səylərini müşahidə edir.
Avtosfer.az xəbər verir ki, bunu Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktor müavini Dmitri Masyuk deyib.
"Biz Bakı ilə münasibətlərimizdə çat yaratmaq üçün müəyyən qüvvələrin fəal səylərini görürük", - deyə diplomat Qorçakov Fondunun “Qafqaz dialoqu” elmi-maarifləndirici proqramının açılışında bildirib.
O, qeyd edib ki, ötən ilin dekabrında AZAL-ın təyyarəsinin "qəzaya uğraması" (vurulması - red.) ilə bağlı son zamanlar eyhamlar səslənir və bu, xüsusən də Bakıda "Rus Evi"nin bağlanmasına səbəb olub.
Masyuk həmçinin vurğulayıb ki, Rusiya tərəfi münasibətlərə mümkün zərəri neytrallaşdırmaq üçün öz prinsipial yanaşmalarını Azərbaycana çatdırmaqda davam edir.
Onun sözlərinə görə, Rusiya Azərbaycan rəhbərliyi tərəfindən də analoji yanaşmanın göstəriləcəyini gözləyir. Dmitri Masyuk gərginliyin qarşısını almaq və ikitərəfli münasibətləri möhkəmləndirmək üçün Rusiya ilə Azərbaycan arasında gələcək dialoqun və qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.
Prezident yeni qanun imzaladı - Xərclər qismən geri ödəniləcək
Azərbaycanda utilizasiya olunan köhnə maşınların sayı açıqlandı
İlham Əliyev Sərəncam İMZALADI
Baş nazir xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERDİ
Prezident Agentliyin hərbi qulluqçularını TƏLTİF ETDİ - SİYAHI
Yollarda görünüş məhdudlaşacaq
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN










