Banner

Bu ərazidə su borusu partladı, yol çökdü - VİDEO

Xəbərlər 6 Oktyabr 2025 13:48 Oxunub 364
Bu ərazidə su borusu partladı, yol çökdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hövsan qəsəbəsi “Mida-2” yaşayış kompleksində su borusu partlayıb.

Avtosfer.az-ın məlumatına görə, sakinlər Baku.ws-ə bildirib ki, eyni problem iki gündən bir təkrarlanır. Boruların partlaması nəticəsində ərazi su altında qalır. Piyadalar və avtomobillər üçün hərəkət çətinləşib.

Vətəndaşlar deyir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problemlə ciddi məşğul olan yoxdur: “Boru müvəqqəti düzəldilir, lakin 2-3 gün keçməmiş yenidən xətdə qəza olur”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda içməli su xəttində qəza baş verib: “Hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası ərazidədir, su xəttinin təmiri və bərpası istiqamətində istismar qaydalarına uyğun işlər görülür”.

 



 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh