Banner

Bu gün Əfv Komissiyasının üçüncü iclası keçiriləcək - YENİLƏNİB

Xəbərlər 5 Mart 2025 16:15 Oxunub 538
Bu gün Əfv Komissiyasının üçüncü iclası keçiriləcək   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu il üçün üçüncü iclası keçirildi".

Bunu komissiyanın üzvü Rəşad Məcid deyib.

O bildirib ki, iclasda 100-dən artıq müraciətə baxılıb:

"Hər bir müraciət müzakirə olunaraq, səsvermə nəticəsində qərarlar qəbul olundu".

"Komissiya növbəti həftələrdə öz işini davam etdirəcək", - deyə Rəşad Məcid qeyd edib.

***

Bu gün günorta saatlarında Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Bu barədə komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, bu gün keçirilməsi planlaşdırılan iclasda, təxminən, daha 100 müraciətə baxılacaq.

Qeyd edək ki, bu il daha öncə komissiyanın iki iclası baş tutub və 200-dən çox müraciətə baxılıb.(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh