Banner

Bu gündən COVİD pasportu olmayanlar toya buraxılmayacaq

Xəbərlər 1 Sentyabr 2021 00:11 Oxunub 1456
Bu gündən COVİD pasportu olmayanlar toya buraxılmayacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gündən şənlik mərasimləri ilə bağlı qaydalara edilən dəyişiklik qüvvəyə minir.

Nazirlər Kabinetinin 28 avqust 2021-ci il tarixli “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara edilən dəyişikliyə əsasən, 2021-ci il 1 sentyabr tarixindən etibarən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində də COVID-19 pasportunun təqdim olunması tələb olunacaq.

​Yəni, 150 nəfərədək şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirakla bağlı mövcud olan bütün tələblər 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində də tətbiq ediləcək.

Bu Qərar qəbul olunanadək 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi idi və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmurdu.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh