Bu il hansı dərmanlar apteklərdən yığışdırılıb? - RƏSMİ AÇIQLAMA

Xəbərlər 24 İyul 2024 17:00 Oxunub 110
Bu il hansı dərmanlar apteklərdən yığışdırılıb? - RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda tez-tez apteklərdə yoxlamalar aparılır, həmçinin, laboratoriyalarda tibb və əczaçılıq vasitələrinin keyfiyyəti yoxlanılır.

Ötən illərdə laboratoriya yoxlamaları zamanı bir neçə dərman vasitəsi istehsalçı tərəfindən təqdim edilmiş keyfiyyət parametrlərinə uyğunsuzluq aşkar edildiyi üçün geri çağırılıb.

Bəs bu il belə hallar olubmu və hansı dərmanlar geri çağırılıb?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, bir adda dərman əczaxanalardan yığışdırılıb:

"Bu ilin ilk altı ayı ərzində istehsalçı tərəfindən təqdim edilən keyfiyyət parametrlərinə uyğunsuzluqlar aşkar edildiyinə görə "Aminoselekt" dərman vasitəsinin bütün seriyaları geri çağırılıb".

Qeyd edək ki, geri çağırılan dərman vasitəsi İtaliyanın "Industria Farmaceutica Galenica Senese Srl" istehsalçısına məxsusdur.

(bizim.media)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh