Banner

Bu küçədə asfaltlanma işi yarımçıq saxlanılıb - VİDEO

Xəbərlər 8 Fevral 2022 23:46 Oxunub 1310
Bu küçədə asfaltlanma işi yarımçıq saxlanılıb  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şirvan şəhərində bir küçənin yolu yarıya qədər asfaltlanıb, qalan hissəsində isə işlər dayandırılıb.

Avtosfer.az-ın məlumatına görə, söhbət Şirvan şəhəri, "Kənd evləri" yaşayıs massivindən gedir. Səttar Bəhlulzadə küçəsində yaşayan sakinlər deyirlər ki, bir müddət əvvəl küçələrin asfaltlanmasına başlansa da, küçənin sonuna 150 metr məsafə qalmış işlər dayandırılıb. Sakinlərin sözlərinə görə, onsuz da kanalizasiya xətti olmayan küçədə yağış yağan kimi hərəkət etmək çətinləşir. Sakinlər aidiyyətı üzrə müraciət etsələr də, məsələ öz həllini tapmayıb. Bununla bağlı Şirvan Şəhər İcra Hakimiyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Şaiq Şıxəliyev bildirib ki, sözügedən küçənin 230 metrlik hissəsi tamamilə dağıldığı üçün əvvəlcə həmin hissə asfaltlanıb. "Qalan hissənin vəziyyəti normal olduğundan ora asfalt çəkilməyib. Ancaq növbəti mərhələdə ora da asfalt vurulacaq",- deyə Şaiq Şıxəliyev qeyd edib.

 Videomaterialı təqdim edirik:

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh