Banner

Bu küçədə həm sürücülərin, həm də piyadaların həyatı üçün təhlükə var - VİDEO

Xəbərlər 26 İyun 2021 01:00 Oxunub 4852
Bu küçədə həm sürücülərin, həm də piyadaların həyatı üçün təhlükə var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Nizami rayonunda küçələrdən biri ilə hərəkət edən sürücülər işiqforu görmədikləri üçün yolda həm tıxac, həm də təhlükə yaranır.

Sürücülər deyirlər ki, işıqforun işığı görünmədiyi üçün birbaşa yola çıxırlar. Bu hal  həm sürücülərin, həm də yoldan keçən piyadaların həyatı təhlükə yaradır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Xəzər Xəbər"ə bildirdi ki, belə ərazilər mütəmadi şəkildə aşkarlanır və bu barədə Bakı Şəhər Yaşıllaşdırma İdarəsinə məlumat verilir. 

Bakı Şəhər Yaşıllaşdırma İdarəsinin baş mühəndisi Cavanşir Məmmədov isə bildirdi ki, bu ünvanla bağlı idarəyə heç bir müraciət daxil olmayıb.

Ortadakı təhlükənin hansı qurumun məsuliyyətsizliyi ucbatından yarandığı bilinməsə də, bir fakt ortadadır ki, həmin ağac işıqforun qarşısını kəsir və təhlükə hələ də qalır...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh