Bu küçənin sakinlərinin yol dərdi illərdir ki, bitmir - VİDEO

Əhmədli qəsəbəsinə Babək prospekti istiqamətindən sadəcə olaraq bir giriş var. Amma gəl gör ki, sakinlər ünvanlarına getmək üçün bu yolda bəzən az qala saatlarla qalmalı olurlar. Səbəb yolun hər iki tərəfinin avtomobillərlə zəbt olunmasıdır.
Bir tərəfdə illərdir yol kənarında qalan maşınlar. Digər tərəfdə isə maşın təmiri sexləri...
Yolun hər iki tərəfinin maşınlarla zəbt olunması bu yoldan istifadə edənlərin işini çətinləşdirir.
Sakinlərin sözlərinə görə vəziyyətlə bağlı avtomobil təmir sexlərində çalışanlarla danışsalar da amma bir xeyri olmayıb.Hətta məsələnin həlli üçün aidiyyatı üzrə müraciət etsələr də amma dərdlərinə çarə tapılmır.
Məsələ ilə bağlı ərazidəki təmir sexlərinin bir neçəsinə yaxınlaşdıq. Ordan isə bildirildi ki, ərazidə olan maşınların onlara heçbir aidiyyatı yoxdur.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən "Xəzər Xəbər"ə bildirdilər ki, ərazidə yaşayan sakinlər bununla bağlı ərazi üzrə Dövlət Yol Polis bölməsinə müraciət etsinlər. Bundan sonra həmin avtomibillərlə bağlı araşdırma aparılacaq və onların ordan götürülməsi yol polis əməkdaşları tərəfindən təmin olunacaq.
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI











