"Bu müzakirələr İran-Azərbaycan münasibətlərinə yeni nəfəs verib” - Hikmət Hacıyev

"Tehran Dialoq Forumu çox vacib platformadır, regional və qlobal məsələlər müzakirə olunur”.
Avtosfer.az Tasnimə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan da İranın dostu, qardaşı, qonşusu olaraq, nümayəndə heyəti ilə bu tədbirə dəvət olunub: “Tədbir çərçivəsində həm ikitərəfli, həm ümumi panel müzakirələrdə iştirak etmişik. Bu müzakirələr İran-Azərbaycan münasibətlərinə yeni nəfəs, yeni təkan verib. Bizim iranlı həmkarlarımızla qarşımızda duran vəzifə ondan ibarətdir ki, mövcud əlaqələri daha irəli aparaq. İranda keçirilən bu Tehran Dialoq Forumu çərçivəsində biz regional, qonşu dövlətlər arasında olan məsələləri müzakirə etməklə bərabər, İranla Azərbaycan arasında olan dostluq, qardaşlıq münasibətləri əsasında əlaqələrimizin inkişaf perspektivlərini bir daha müzakirə edəcəyik”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










