Banner

Bu ölkədə benzinlə işləyən avtomobillərin qeydiyyatı dayandırılacaq – TARİX AÇIQLANDI

Xəbərlər 19 Oktyabr 2022 16:09 Oxunub 1248
Bu ölkədə benzinlə işləyən avtomobillərin qeydiyyatı dayandırılacaq – TARİX AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Honkonqun hakimiyyət orqanları 2035-ci ilə qədər ənənəvi yanacaqla işləyən avtomobillərin qeydiyyatını dayandıracaq.

Avtosfer.az xəbər verir ki, bunu Çinin xüsusi inzibati rayonunun administrasiya rəhbəri Con Li Qanunvericilik Şurasında çıxışı zamanı deyib.

“Biz “yaşıl” nəqliyyatın inkişafını təşviq edəcəyik. 2035-ci ilədək və ya daha öncə ənənəvi yanacaq və ya hibrid mühərriklə çalışan şəxsi avtomobillərin qeydiyyatını dayandıracağıq”, - deyə Con Li bildirib.
Onun sözlərinə görə, yaxın üç ildə dövlət qurumlarında elektromobillər üçün 7 minə yaxın əlavə dayanacaq yeri ayrılacaq.

Həmçinin gələn il elektrik taksilərinin, həmçinin hidrogen yanacaq elementləri ilə işləyən ikimərtəbəli avtobusların və yük avtomobillərinin sınaqdan keçirilməsi planlaşdırılır.

“2027-ci ilin sonuna qədər elektriklə çalsan 700 avtobus və 3 minə yaxın taksi istifadəyə veriləcək”, - deyə Con Li əlavə edib.

Bizim.Media

ŞƏRH YAZ
Ad

E-mail

Şərh