Bu ölkədə milyarderlərin sayı mini keçdi - Dünyada İLK DƏFƏ
Xəbərlər 5 Mart 2021 21:35 Oxunub 436
Bu ölkədə milyarderlərin sayı mini keçdi - Dünyada İLK DƏFƏ

Çindəki dollar milyarderlərinin sayı 1058 nəfərə çatıb. 

Hurun Global Rich List 2021 siyahısındakı məlumatlara görə, Asiya ölkəsi varlı insan sayında ABŞ-ı qabaqlayıb və siyahıya başçılıq edir.

2020-ci ildə koronavirus pandemiyasına baxmayaraq dünyada 412 milyarderin meydana çıxdığı bildirilir. Nəticə etibarilə dünyada sərvəti bir milyard ABŞ dollarından çox olan 3228 insan var.

İlk dəfə bu siyahıya “Tesla”nın baş direktoru rəhbərlik edirdi. Onun varidatı 197 milyon dollar dəyərləndirilirdi və “Amazon”un qurucusu Ceff Bezosu (189 milyard dollar) ikinci sıraya sürüşdürmüşdü.

“Hazırda dünya milyarderlərinin 51 faizi Asiyada, 24 faizi Şimali Amerikada yaşayır. Yalnız Çin və ABŞ dünya milyarderlərinin 54 faizinə sahibdir”, - liyi “Hurun Report”un hesabatına qeyd edilir.

Bundan əvvəl “SpaceX”in sahibi və “Tesla”nın qurucusu İlon Mask yenidən bir neçə milyard dollar itirərək dünyanın ən varlı adamları sıralamasında üçüncü sıraya enib.
/lent.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh