Bu ölkələrdə də plastik torbalar qadağan olunur

Avrasiya İqtisadi Birliyi (AİB) ölkələri birdəfəlik plastik torbaların istifadəsinə mərhələli qadağa tətbiq etmək niyyətindədir.
Belarus tədbirləri dəstəkləyir, Rusiya müzakirəyə hazırdır.
“İzvestiya”nın xəbərinə görə, ölkələrin mövqeləri AİB müəssisələri arasında istehlakçı tullantılarının emalı sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair görüşdən sonra imzalanan sənədlərdə öz əksini tapıb. Rusiya İqtisadi İnkişaf Nazirliyindən qəzetə verilən məlumata görə, birdəfəlik istifadəli plastikdən imtina etməyi təklif edən strategiya planı layihəsinin mart ayının sonuna qədər təsdiqlənməsi planlaşdırılır.
Avrasiya iqtisadi inteqrasiyasının 2025-ci ilədək inkişaf strategiyası torbalar da daxil olmaqla, birdəfəlik plastik idxalına və istehsalına mərhələli qadağanın tətbiq edilməsi məsələsinin araşdırılmasını nəzərdə tutur: “AİB-ə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın ən vacib sahələrindən biri yaşıl texnologiyalar və ətraf mühitin qorunması da daxil olmaqla, ortaq genişmiqyaslı yüksək texnoloji layihələrin həyata keçirilməsi üçün səylərin birləşdirilməsidir”.
Avrasiya İqtisadi Birliyinə üzv ölkələrdə birdəfəlik istifadəli plastik istehsalının və istehlakının qadağan edilməsi baxımından inkişaflar var. Belə ki, 2023-cü ildən etibarən Ermənistan, 2025-ci ildən etibarən Qazaxıstan plastik torbaların satışına tamamilə qadağa qoymağı planlaşdırır. Qırğızıstanın İssık-Kul bölgəsində plastik torbaların və plastik qabların istifadəsinin qadağan edilməsi təklif olunur. Belarusda bu ilin əvvəlindən bəri müəyyən iaşə obyektlərində birdəfəlik süfrələrin istifadəsində məhdudiyyətlər var.
Dünya təcrübəsi isə göstərir ki, qadağalar problemin həlli üçün əsas yol deyil. BMT-nin “Birdəfəlik Plastiklər: Davamlı İnkişaf Yolu” hesabatında ətraf mühitin plastik torbalarla çirklənməsinə qarşı yönəlmiş 140-dan çox qanunvericilik təşəbbüsü nəzərdən keçirilib. Bildirilib ki, təşviqetmə qadağalardan daha yaxşı işləyir.
Qeyd edək ki,1 yanvar 2021-ci tarixdən Azərbaycanda qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib. Bununla bağlı “Ətraf mühitin mühafizəsi haqqında” qanuna edilmiş dəyişikliklər qüvvəyə minib.
Sənəd ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb.
Qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Sənədə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib./publika
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












