
Bakıda bu yol təmirə görə bağlandı - FOTO
Xəbərlər
26 Mart 2025 12:44
Oxunub 2378

Atatürk prospektində yolda məhdudiyyət tətbiq edilib.
Bu barədə Avtosfer.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonunun Atatürk prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
"Bu səbəbdən metronun “Gənclik” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət tətbiq edilir", - məlumatda vurğulanıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR