Bu rayonun da hərbi komissarı saxlanıldı - FOTO - YENİLƏNİB
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İmişli rayon şöbəsinin rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Xəyyam Mirzə oğlu Babayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham edilərək barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.
(oxu.az)
***
15:21
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəsifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev saxlanılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, polkovnik-leytenant külli miqdarda rüşvət almaqda ittiham olunur.
X.Babayev bundan əvvəl Xidmətin Goranboy, daha sonra Ağdam rayon bölməsinin rəisi olub.
İş üzrə ilkin istintaq aparılır.
Qeyd edək ki, bu yaxınlarda bir neçə indiki və sabiq hərbi komissar mənimsəmə və rüşvət almaya görə həbs edilib.