Banner

Bu şəhərdə ictimai nəqliyyatdan istifadə pulsuz oldu - SƏBƏBİ

Xəbərlər 11 Yanvar 2025 09:23 Oxunub 208
Bu şəhərdə ictimai nəqliyyatdan istifadə pulsuz oldu - SƏBƏBİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2025-ci il yanvarın 1-dən etibarən Belqrad şəhəri ərazisində vahid tarif sistemində müntəzəm sərnişin daşımalarından istifadə edən bütün şəxslər üçün nəqliyyat xidmətləri pulsuz olub.

Avtosfer.az xəbər verir ki, bu barədə Belqrad meri Aleksandar Şapiçin qərarında deyilir.

Şapiçin sözlərinə görə, Belqrad Avropada 500 min nəfərdən çox əhalisi olan yeganə şəhər olacaq ki, burada ictimai nəqliyyatdan istifadə pulsuzdur. Bundan əlavə, mer söz verib ki, yaxın üç ildə şəhərin nəqliyyat parkı tamamilə yenilənəcək.

Ödənişlərin ləğvi ilə bağlı qərar ilk növbədə tıxaclar və havanın çirklənməsi ilə mübarizə məqsədilə qəbul edilib. Belqrad hakimiyyəti vətəndaşları ictimai nəqliyyatdan daha çox istifadə etməyə və avtomobillərini şəhər mərkəzinə sürməməyə sövq etmək istəyir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh