Bu şirkət dövlət qurumuna traktorlar satdı - 2,3 MİLYON MANAT QAZANDI
Xəbərlər
11 Dekabr 2024 17:19
Oxunub 118
“Aqroservis” ASC “50 ədəd traktorun satın alınması” tenderinin nəticələrini elan edib.
Avtosfer.az xəbər verir ki, tenderin qalibi “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi olub.
Qalib şirkətlə 2 330 100 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi 11 may 1995-ci ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Amin Əliyev Allahverdi oğludur. Hüquqi ünvanı AZ2009, Gəncə şəhəri, S.Rəhimov, ev.1 ünvanında yerləşir.
(fed.az)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR