Bu suyu içməyin! - İstehsalı dayandırıldı

Daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən “Məray su” əmtəə nişanlı qablaşdırılmış içməli su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
Avtosfer.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb.
Belə ki, məhsulların qanunvericiliyə uyğun markalanmadığı, qablaşdırma materiallarının yuyulub dezinfeksiya edilməsi üçün ayrıca yuma sahəsinin mövcud olmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, emal sahəsində temperatura nəzarətin aparılmadığı, tavan və divarların tamlığının pozulduğu, məhsulların nəqliyyat vasitələrinə yüklənərək daşınmasının birbaşa dolum sahəsindən həyata keçirildiyi məlum olub. Eyni zamanda mütəmadi təmizlik işlərinin aparılmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı müəyyən olunub. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnsitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələrin nəticələrinə əsasən, nümunələrin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunaraq qablaşdırılmış içməli suyun istehsalı dayandırılıb.

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











