"Bu, taksi sürücülüyünün peşə kimi təsdiq olunması deməkdir" - AÇIQLAMA - FOTO

Xəbərlər 2 Noyabr 2024 11:43 Oxunub 4474
"Bu, taksi sürücülüyünün peşə kimi təsdiq olunması deməkdir" - AÇIQLAMA   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il tarixində taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib. Bəs taksi sürücülərinin imtahan edilməsi nəqliyyat sistemində nəyi dəyişəcək?

Bununla bağlı ekspert Fərid Əliyevlə həmsöhbət olduq. O, taksi sürücülərinin imtahan olunmasının taksi sektorundakı islahatların və neqativ halların aradan qaldırılmasına böyük təkan olacağını dilə gətirdi. 

Ekspert təlimlərdən keçən sürücülər üçün müsbət tərəflərdən söz açaraq Azərbaycanda lisenziyanın bu günə qədər 1 illik olduğunu, bundan sonra isə 7 illik veriləcəyini vurğuladı. 

İmtahanların keçirilməsi taksi sürücülüyünün peşə kimi təsdiq olunması deməkdir. Bu da nəqliyyat sahəsində ciddiyəti daha çox artıracaq:

"Təlimləri keçən və müvafiq yaş kateqoriyasına uyğun avtomobili olan şəxslərin 7 illik problemsiz taksi fəaliyyəti göstərməsinə şərait yaradılacaq. Taksi sürücüsü olmaq qeyri-ciddi iş deyilki, hər istəyən adam "əlimdən heç nə gəlmirsə, taksi sürücüsü olacağam" desin. Hazırda bizdə bu problemlər yaşanmaqdadır. Hər yerindən duran, yol hərəkət qaydalarından məlumatı olmayan, düzgün ünsiyyət qura bilməyən və etik qaydalar barədə bixəbər adamlar da taksi fəaliyyəti ilə məşğul olurlar. Bununla bağlı yetəri qədər şikayətləri eşidir və izləyirik. Düşünürəm ki, taksi sürücülərinin imtahan olunması, taksi sektorundakı neqativ halların aradan qaldırılmasına müsbət təsir göstərəcək. Sürücülərdə məsuliyyət hissini artırıb, onun peşəkar və ya qeyri-peşəkar olmasını üzə çıxaracaq. Sürücülük ilə bağlı peşəkarlığın müəyyən edilməsi çox doğru addımdır".

Şikayətlərə toxunan ekspert dövlətin atdığı addımların neqativ halların qarşısını alacağını düşünür.

"Ümumilikdə şikayətlər yaxın məsafələrə səfərlərdən imtina etmək, online ödəniş əvəzinə nağd pul istəmə, kobud ünsiyyət, ucadan telefonla danışmaq, musiqiyə yüksək səs ilə qulaq asmaq, yaxın məsafə seçiminə görə qaba rəftar, siqaretin avtomobildə çəkilməsi, nasaz və pis qoxan avtomobil, kondisioner istifadəsindən imtina, təhlükəli idarəetmə və s dən ibarətdir. Sərnişinlər bu sadaladıqlarımdan təngə gəlmiş səviyyədə idilər. Hətda yaxın ətrafdan eşitdiyim, bu problemlərə nə zaman bir çarə tapılacaq sözləri də az olmayıb. Həm də ölkəmizə yetəri qədər turist gəlməkdədir və onlar taksi fəaliyyətindən istifadə etməkdədirlər. Bu problemin həlli  həm də turistlər tərəfindən ölkəmiz və insanımız haqqında mənfi rəylərin yaranmaması üçün vacib amildir. Sərnişinlərin bu qədər şikayətlərini nəzərə alaraq dövlət bu problemə müdaxilə etdi. Düşünürəm ki, imtahanlardan sonra yol hərəkəti qaydalarına riayət edən, daha konfortlu və təmiz avtomobillər idarə edən, geyimi səliqəli və yüksək təlimli taksi sürücüləri ilə qarşılaşacağıq", deyə o əlavə edib.

(Milli.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh