Bu yolda kanalizasiya quyusunun qapağı TƏHLÜKƏLİ VƏZİYYƏT YARADIB - FOTO
Xəbərlər
9 Sentyabr 2023 00:05
Oxunub 1240

Bakı şəhərinin Sabunçu rayonunda, Yeni Ramana yolunda təhlükəyə səbəb olan problem yaranıb.
Bununla əlaqədar sakinlər oxu.az-a məlumat veriblər. Onlar qeyd ediblər ki, Yeni Ramanadan “Komsomol dairəsi”nə gedən yolda bir həftədən çoxdur, kanalizasiya quyusunun qapağı ortadan sınıb.
Problem günün pik saatlarında tıxaca, gecə isə daha ciddi təhlükəyə səbəb olur.
Sakinlərin şikayəti ilə əlaqədar sorğumuzu cavablandıran “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, quyunun qapağının sınmasına səbəb çoxtonnajlı yük maşınlarının hərəkətidir.
“Baxış quyusunun qapağı yenisi ilə əvəz ediləcək”, - deyə qurum rəsmisi vurğulayıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













