Banner

Bu yoldan keçən peşman olur: Saray sakinlərinin yol problemi - VİDEO

Xəbərlər 5 Oktyabr 2023 19:15 Oxunub 798
Bu yoldan keçən peşman olur:  Saray sakinlərinin yol problemi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonu, Saray qəsəbəsi, Mikayıl Müşfiq küçəsinin yolları illərdir ki, bərbad vəziyyətdədir.

Sürücülər avtomobillərini tez-tez təmirə aparmaq məcburiyyətində qalmaqdan, valideynlər isə övladlarını məktəbə aparmaqda çətinlik çəkməkdən şikayətlənirlər.

Sakinlərin iddiasına görə, bir neçə ay öncə aidiyyəti qurumların əməkdaşları təmir-bərpa işlərinə başlasalar da, proses yarımçıq qalıb.

“10 ildir yollar bu vəziyyətdədir. Bir az asfalt örtüyü qalmışdı, onu da qaşıdılar. Bura köçəndən nə “peredok” qalıb, nə də təkər”, - deyə sakinlər bildiriblər.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh