Banner

Bu yollardakı vəziyyət sürücüləri qane etmir - VİDEO

Xəbərlər 25 Dekabr 2021 23:49 Oxunub 1394
Bu yollardakı vəziyyət sürücüləri qane etmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər ölkəmizdə müasir  infrastruktura malik yollar salınıb. Bir neçə respublika əhəmiyyətli yol demək olar ki, yenidən qurularaq istifadəyə verilib. Bununla yanaşı, qəsəbələr və kəndlər arası yollar da diqqətdən kənarda qalmayıb.  Son 18 ildə görülən işlər bu sahədə xeyli irəliləyişə nail olunduğunu göstərir. Amma bəzi yollardakı vəziyyət sürücüləri qane etmir. 

Azərbaycanda son 18 ildə 19 min kilometrdən çox yol yenidən tikilərək təmir edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə,2003-2021-ci illər ərzində  460 yeni körpü, yol ötürücüsü və avtomobil tuneli istifadəyə verilib, 95-də isə əsaslı şəkildə təmir işləri aparılıb. Yenidən tikilib təmir edilərək istifadəyə verilən yolların uzunluğu  2 min kilometrdən çox olub.

Amma bəzi Respublika əhəmiyyətli yollarda vəziyyət elə də ürəkaçan deyil. Sürücülər Bakı-Qazax yolunun Qazax rayonundan keçən hissəsində çətinliklə üzləşdiklərini deyirlər.Yolun bu hissəsinin yaxşı vəziyyətdə olmaması sürücülərin işini çətinləşdirir.

Bənzər vəziyyət uzun müddətdir ki Bakı-Quba avtomagistralında da yaşanır.Xüsusəndə hər gün Qubadan bakı istiqamətində hərəkət edən sürücülər yolun yaxşı vəziyyətdə olmamasından əziyyət çəkirlər.

Dövlət Agentliyindən verilən məlumata görə sözügedən hər  2 yolda işlərin  2022-cı ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.

Onu da qeyd edək ki, I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2003-cü ildə 115 km təşkil edirdisə hazırda bu göstərici  935 kilometr  təşkil edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh