Bu yolu nə maşınla, nə də piyada getmək mümkün deyil - VİDEO

Yayda toz, payızda, qışda palçıq... Nə piyada rahat hərəkət edə bilir, nə maşınlar. Təcili maşınlar əraziyə qətiyyən təcili çata bilmir, taxsilər isə, ümumiyyətlə küçəyə dönməkdən imtina edirlər.
Səbail rayonu Yüzbəy Mürsəlov küçəsinin sakinləri bildirib ki, təxminən iki il əvvəl kanalizasiya xətlərinin təmir olunması adıyla asvalt örtük sökülüb. Amma sonra təmir olunmayıb.
Sakinlər deyib ki, dəfələrlə Səbail rayon icra hakimiyyətinə müraciət etsələr də 5 günə, 10 günə yol təmir olunacaq deyib, məsələni 2 ilədək uzadırlar.
Səbail Rayon İcra Hakimiyyətindən qeyd edilib ki, Yüzbəy Mürsəlov küçəsində “Azərsu” ASC-nin Səbail rayon Sukanal İdarəsi tərəfindən kanalizasiya və su xətlərinin çəkilməsi ilə əlaqədar qazıntı işləri aparılıb və görülən işlər bir müddət əvvəl başa çatıdırlıb.
Sözügedən ünvana Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yeni asfalt örtüyünün çəkilməsi nəzərdə tutulub. Amma qurumdan dəqiq tarix deyilmədi.
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI











