Buzovna küçələrini yuyan qrunt suları “aydınlıq” deyil - VİDEO
Xəbərlər
29 Mart 2021 15:28
Oxunub 910
Qrunt suları Buzovna qəsəbəsinin yollarını keçilməz edib.
Bunu “ARB Xəbər”ə qəsəbə sakinləri deyib.
Onların sözlərinə görə, telefon xətləri üçün nəzərdə tutulan drenajlara yığılan çirkli suların küçəyə axması gediş-gəlişə mane olmaqla yanaşı, maşınların xarab olmasına və evlərin su ilə dolmasına səbəb olur.
Məsələ ilə bağlı açıqlama verən Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, qəsəbənin bu vəziyyətdə olmasının səbəbi sözügedən ərazidə kanalizasiya sisteminin olmamasıdır:
“2021-ci il üçün nəzərdə tutulan layihədə həmin qəsəbəyə kanalizasiya xətlərinin çəkilməsi daxildir”.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR