“Caliber”: Ermənistanın İrandan ayrılma qorxusu - VİDEO

Xəbərlər 14 Aprel 2021 15:30 Oxunub 554
“Caliber”:  Ermənistanın İrandan ayrılma qorxusu  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın açılışında bir sıra vacib məsələlərə toxunub.

“Caliber” layihəsinin “Youtube” kanalında Prezidenti İlham Əliyevin çıxışındakı İranla bağlı mövzu təhlil edilib.

Təhlildə qeyd olunur ki, uzun illər Tehranla-Bakı arasında münasibətlərin inkişafına mane olmağa çalışan Ermənistan tərəfi hələ də anlamır və ya anlamaq istəmir ki, dövlətlərarası münasibətlər ilk növbədə qarşılıqlı faydalı, partnyorluq, strateji cəhətdən düşünülmüş layihələr əsasında qurulur.

“Caliber” həmçinin müharibədən sonrakı dövrdə artıq Moskva-Bakı-Tehran üçbucağının aktivləşdiyini qeyd edib, bir sıra irihəcmli layihələrin icrasının planlaşdırıldığını vurğulanıb.

Bütün bunlar isə erməni təbliğat maşınının “narahatlığına” səbəb olur.

Ətraflı videoda:

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh