Canlı yayımda həyəcanlı anlar: Bloqerin sinəsinə ştanq düşdü - VİDEO

Məşhur amerikalı bloqer Metyu Mizkifin sinəsinə ağır ştanq düşüb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bloqer "Twitch"in canlı yayımında uzanıqlı halda ağır ştanqla pres etmək istəyib. Bu zaman ağırlığı saxlaya bilməyib və ştanq onun sinəsinə düşüb. Görüntülər canlı yayım izləyicilərini qorxudub.
Hadisə idman zallarının birində məşq zamanı baş verib. Bloqerin yanında onu sığortalayan bir neçə dostu da olub.
Mizkif təxminən 143 kq ağırlıq qaldıraraq yeni şəxsi rekorda imza atmağa çalışıb. İlk cəhd uğurlu alınıb və o, ikinci dəfə cəhd etmək istəyib. Lakin bu an ağır çəkisi olan ştanq əlindən çıxıb və bədəninin üzərinə düşüb. Dostları dərhal bloqerə kömək edərək ştanqı üzərindən qaldırıblar.
Ağırlıq bədənin aşağı hissəsinə düşdüyü üçün bloqer ciddi xəsarət almayıb. Yayım davam etdiyi müddətdə Mizkif özü də hər şeyin qaydasında olduğunu deyib.
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ











