Cəbrayılda Sabirabad sakinində narkotik vasitələr və psixotrop həb aşkarlanıb - VİDEO

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbir nəticəsində narkotik vasitələr və psixotrop həb aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumat görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının məcburi köçkünlər üçün inşa edilmiş 4 saylı qəsəbə ərazisində keçirdiyi əməliyyat tədbiri ilə Sabirabad rayon sakini Mirhüseyn Ağayev saxlanılaraq şöbəyə gətirilib.
O, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə əlindəki sellofan torbaya müvafiq qaydada baxıṣ keçirilib. Baxış zamanı 2 kiloqram 100 qram marixuana, 1 kiloqram 800 qram tiryək, 940 ədəd metodon həbi və "beşbarmaq", həmçinin üzərindən heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq










