Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar - FOTO

Xəbərlər 26 Oktyabr 2024 12:40 Oxunub 4542
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cəbrayıl Rayon Polis Şöbəsinə Əmirvarlı kəndi ərazisindən "Shacman" markalı yük maşınının qaçırılması barədə məlumat daxil olub. 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran şəxslər, əvvəllər məhkum olunan Eldar Babayev və Elçin İsmayılov saxlanılıblar. Onlar avtomobili qazanc əldə etmək məqsədi ilə qaçıdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh