Banner

Cəbrayıldan 10 tona yaxın metal aparmaq istəyənlər HƏBS EDİLDİ - FOTO

Xəbərlər 10 Dekabr 2021 10:02 Oxunub 944
Cəbrayıldan 10 tona yaxın metal aparmaq istəyənlər HƏBS EDİLDİ   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Cocuq Mərcanlı kəndi ərazisindəki nəzarət postunda “Shacman” markalı nəqliyyat vasitəsinə “Saxla” işarəsi verilib.

Nəzarət qaydasına uyğun olaraq nəqliyyat vasitəsinə baxış keçirilib və yük yerindən 10 tona yaxın metal qalıqları aşkar edilib.

Faktla əlaqədar Kəlbəcər rayon sakini Qərib Bayramov və Füzuli rayon sakini Namiq Səfərli saxlanılıblar. Məhkəmənin qərarı ilə Q.Bayramov 10, N.Səfərli 8 sutka müddətinə inzibati qaydada həbs ediliblər.

Cəbrayıldan 10 tona yaxın metal aparmaq istəyənlərHƏBS EDİLDİCəbrayıldan 10 tona yaxın metal aparmaq istəyənlərHƏBS EDİLDİ

ŞƏRH YAZ
Ad

E-mail

Şərh