Banner

Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salındı

Xəbərlər 15 Dekabr 2025 09:07 Oxunub 128
Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salındı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Avtosfer.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 22 ailə - 85 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh