Ceff Bezos SƏRVƏTİNƏ GÖRƏ İlon Maskı üstələdi

“Amazon”un qurucusu Ceff Bezos bazar ertəsi günü “Bloomberg”in milyarderlər indeksində İlon Maskı taxtdan salaraq, dünyanın ən varlı adamı titulunu geri alıb.
Bizim.Media “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Bezosun xalis sərvəti 200 milyard dollar təşkil edir. “Tesla” şirkətinin rəhbəri Maskın isə 198 milyard dollarlıq sərvəti var.
“X” (əvvəllər “Twitter”) və “SpaceX”ə də rəhbərlik edən İlon Mask “Tesla”nın səhmlərinin son aylarda 25 faiz ucuzlaşması səbəbindən sərvətinin 30 milyard dollardan çox azaldığını bildirib. Maskın problemlərinə əlavə olaraq, yanvar ayında məhkəmə onun 55,8 milyard dollar dəyərində olan və 2018-ci ildə imzalanmış nəhəng “Tesla” təzminat müqaviləsinin ləğvini təsdiqləyib.
Artıq “Amazon”u idarə etməyən Bezos son vaxtlar e-ticarət nəhənginin artan səhm qiymətindən faydalanıb. Bu yaxınlarda 8,5 milyard dollarlıq səhm satdıqdan sonra da o, şirkətin ən böyük səhmdarı olaraq qalır.
LVMH lüks qrupunun fransız baş direktoru Bernard Arnolt 197 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamları reytinqində üçüncü yerdə qalır. (Bizim.Media)
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











