Cəlilabadda "Rəqəmsal aqronomlar" şagird düşərgəsi layihəsinin açılış mərasimi keçirilib - FOTO - VİDEO

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalib layihələrindən olan "Rəqəmsal aqronomlar" şagird düşərgəsi layihəsinin açılış mərasimi keçirilib.
Avtosfer.az xəbər verir ki, açılış tədbiri Cəlilabad rayonu Alar kənd Heydər Əliyev adına 1 nömrəli tam orta məktəbin akt zalında baş tutub.
Tədbirdə layihə rəhbəri, təhsil müəssisələrinin rəhbərləri, layihənin idarə heyəti, müəllim və şagirdlər iştirak ediblər.
Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra layihə haqqında qısa videoçarx nümayiş etdirilib.
Layihə rəhbəri Elçin Abbasov çıxış edərək layihə haqqında məlumat verib. Daha sonra qonaqlara söz verilib. Cəlilabad rayonu akademik Z.Əliyeva adına 7 nömrəli tam orta məktəbin direktoru Səidə Quliyeva, Cəlilabad rayonu Alar kənd Heydər Əliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Nazim Əsgərov, Cəlilabad rayonu Alar kənd 2 nömrəli tam orta məktəbin direktoru Tahir Əsgərov, layihənin təlimçisi Fariz Rzayev, layihənin eksperti Gülər Bayramova və digərləri çıxış edərək layihənin şagirdlərimizə faydalı olacağından, kənd təsərrüfatında tətbiqlərinin üstünlüklərindən danışıblar.
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO















