Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı

Xəbərlər 6 Mart 2026 11:41
Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Martın 5-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 152, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

 

Oxunub : 110
ŞƏRH YAZ
Ad

E-mail

Şərh