Banner

Çıxışı ilə gündəm olan direktordan AÇIQLAMA - VİDEO

Xəbərlər 28 Sentyabr 2021 18:31 Oxunub 2284
Çıxışı ilə gündəm olan direktordan AÇIQLAMA  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhəri 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova çıxışında 44 günlük Vətən müharibəsini “24 günlük Vətən Müharibəsi” kimi səsləndirməsinə aydınlıq gətirib.

Avtosfer.az xəbər verir ki, direktor bildirib: "Sentyabrın 22-si I-IV siniflər üzrə yeni dərs ilinin ilk günü məktəbdə valideynlərin çoxluğu ilə əlaqədar pandemiya qaydalarından irəli gələn tələblərə riayət olunmasında müəyyən çətinlik yaranıb. Yaranmış gərgin vəziyyət və qan təzyiqimin yüksək olması səbəbindən çıxışımda “44 günlük Vətən müharibəsini” “24 günlük Vətən müharibəsi” kimi ifadə etmişəm. Bir pedaqoq və məktəb rəhbəri kimi bütün bunların anlayışla qarşılanacağına inanıram".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ diqqət mərkəzində saxlanılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh