Çovdar-Çaykənd yolunda aparılan əsaslı təmir davam etdirilir - FOTO - VİDEO

Hazırda təmir işləri yolun 1-ci kilometrliyində, həmçinin 5-ci kilometrdən 15-ci kilometrədək olan hissələrində aparılır. Sözügedən hissələrdə mövcud asfalt örtüyünün yararsız vəziyyətdə olması gediş-gəlişdə çətinliklər yaradırdı. Yolun IV texniki dərəcəyə uyğun şəkildə yenidən qurulması ilə bu problemlər aradan qaldırılır.
Avtosfer.az xəbər verir ki, layihə çərçivəsində yolboyu torpaq işləri, yol yatağı və yol əsasının inşası, zəruri yerlərdə müxtəlif diametrli suötürücü boruların quraşdırılması, eləcə də yeni asfalt-beton örtüyünün döşənməsi işləri artıq yekunlaşıb.
Torpaq yatağının genişləndirilməsi məqsədilə qaya tipli süxurların mexanizmlə kəsilməsi işləri də yerinə yetirilib. Hazırda layihə üzrə beton küvetlərin inşası davam etdirilir.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə, texnoloji ardıcıllıq gözlənilməklə icra olunur. Tikinti işlərinin vaxtında başa çatdırılması üçün əraziyə kifayət qədər işçi qüvvəsi və texnika cəlb edilib.
Tikintinin son mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, həmçinin yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçiriləcək.
Çovdar–Çaykənd avtomobil yolunun yenidən qurulması nəticəsində bölgə sakinlərinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşımaları daha təhlükəsiz və sürətli şəkildə təmin olunacaq.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR



























